Azərbaycan işğaldan azad olunan torpaqlarında həyatı yenidən canlandıracaq - Hulusi Kılıç

10:28 03.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il Azərbaycan üçün çox fərqli bir il olacaq. Azərbaycan yola saldığımız 2020-ci ildə işğal altındakı torpaqlarını azad edərək böyük zəfər qazanıb.

Hafta.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç azərtac-a müsahibəsində söyləyib.

Səfir əminliklə bildirib ki, işğaldan azad olunmuş Azərbaycan torpaqları sürətlə yenidən qurulacaq və orada qısa müddətdə həyat canlanacaq.